Bakıda 18 yaşlı gənc bıçaqlandı

bakida-18-yasli-genc-bicaqlandi
Oxunma sayı: 1269

Gecə saatlarında paytaxtın Binəqədi rayonunda bıçaqlanma olub.

“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Məmmədkərimov Sənan naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Zərərçəkən 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. S. Məmmədkərimov əməliyyat olunub, hazırda vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.