Bakıda 18 yaşlı gəncə 8 bıçaq vuruldu

Bakıda 18 yaşlı gəncə 8 bıçaq vuruldu
Oxunma sayı: 35

 Bakıda bıçaqlanma hadisəsi olub.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda, "Şuşa" restoranının yaxınlığında, Tələt Şıxəliyev küçəsindəki parkda qeydə alınıb.

Belə ki, həmin ərazidə 1999-cu il təvəllüdlü Abdullayev Əhliman Sakit oğlu ilə naməlum şəxs (və ya şəxslər) arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib. Dava zamanı Ə.Abdullayevə 8 bıçaq zərbəsi endirilib.

Xəsarət almış gənc 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisəni törədən şəxsin və ya şəxslərin axtarışına başlanılıb.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi