Bakıda 2 avtomobil toqquşub - Ölənlər var

bakida-2-avtomobil-toqqusub
Oxunma sayı: 1850

Bakıda ağır yol qəzası baş verib.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının  Qaradağ rayonunda “KamAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.
 
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücü (şəxsiyyəti məlum deyil) və sərnişini, 1984-cü il təvəllüdlü İsrafilov Sərvan Eldar oğlunun meyitlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

Əməliyyat başa çatıb.