Bakıda 2 hektar ərazidə yanğın - Helikopter göndərildi

Bakıda 2 hektar ərazidə yanğın
Oxunma sayı: 2248

Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata görə, dağlıq ərazidə 2 ha sahədə quru ot və kol-kos yanır. 

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi