Bakıda 2 min 250 manata obyekt satılıb

Bakıda 2 min 250 manata obyekt satılıb
Oxunma sayı: 2035

Hüquqi və fiziki şəxslərin, investorların, vətəndaşların daha operativ, optimal şəkildə əmlak sahibi olmaqları üçün keçirilən açıq və şəffaf hərraclar rəqabətli şəkildə davam edir. 

"Qafqazinfo" xəbər verir ki, bu hərraclara qoşulan hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti belə bir hərrac 3 oktyabr tarixində keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 4-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir. Bakı  şəhəri üzrə 3 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 1 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Nəqliyyat vasitələri üzrə hərrac rəqabətliliyi ilə seçilib. Müxtəlif markalı avtomobillərə alıcı marağı yüksək olub. Belə ki, özəlləşdirilməyə çıxarılan QAZ-2705 nəqliyyat vasitəsinə 2 sifariş verilib. İlkin start qiyməti 1 min 250 manata olan QAZ-2705 ən son 2 min 450 manata özəlləşdirilib.

Məlumat üçün bildirilməlidir ki, budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 64,5 kv.m təşkil edir. Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələri paytaxtın Nəsimi, Nərimanov, Suraxanı rayonlarında, digəri isə Sumqayıtda yerləşir. 

Hərracda ən ucuz qiymətə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə paytaxtın Suraxanı rayonunda yerləşir. Həmin əmlak 2 min 250 manata sahibini tapıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi