Bakıda 2.2 milyon əhali var

bakida-22-milyon-ehali-var
Oxunma sayı: 1123

2018-ci il yanvar ayının 1-ə qədər olan vəziyyətə görə Bakı şəhərinin əhalisinin sayı 2 milyon 262 min 560 nəfərə çatıb.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, 2017-ci il ərzində Bakı şəhərinin əhalisinin sayı 16 770 nəfər və ya 0,7 faiz artıb.

Qeyd edək ki, paytaxt əhalisinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir.

Bakıda bir kvadrat kilometrə düşən əhalinin sayı 1057 nəfər olub.