Bakıda 22 yaşlı qız bazarlıq adı ilə evdən qaçdı

bakida-22-yasli-qiz-bazarliq-adi-ile-evden-qacdi
Oxunma sayı: 2201

Bakıda 22 yaşlı qızın itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

“Qafqazinfo”nun Lent.az-a istinadən verdiyi məlumata görə, Nərimanov rayon sakini müraciətində bildirib ki, 1995-ci il təvəllüdlü qızı Abdullayeva Sevil Talıb qızı (ad şərtidir) sentyabrın 6-da Xan Şuşinski küçəsindəki evdən çıxıb və bir daha geri qayıtmayıb.

Qızın atası qeyd edib ki, o, evdən bazarlıq etmək adı ilə çıxıb.

Müraciət əsasında axtarış tədbirləri həyata keçirilir.