Bakıda 22 yaşlı qız üçüncü dəfə həbs olundu

Bakıda 22 yaşlı qız üçüncü dəfə həbs olundu
Oxunma sayı: 59

Bakıda gözəllik salonunda oğurluq etmiş qadın tutulub.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, Aliyə Mirzəyevaya məxsus çantadan 450 manat, 100 dollar və maaş kartını, həmçinin Axundovanın şəxsiyyət vəsiqəsi ilə 50 manatını oğurlamış Tovuz sakini, 1995-ci il təvəllüdlü Novruzova Gülnarə Ömər qızı tutulub.

Bildirilir ki, 22 yaşlı Gülnarə bu il artıq 3-cü dəfədir ki, polis tərəfindən saxlanılır. O, əvvəllər cibgirlik və oğurluq əməllərinə görə məhkumluq həyatı yaşayıb.

Araşdırmalar davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi