Bakıda 23 yaşlı oğlanı bıçaqladılar

bakida-23-yasli-oglani-bicaqladilar
Oxunma sayı: 1009

Bakıda 23 yaşlı gənc 5 yerdən bıçaqlanıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə oktyabrın 20-də saat 04 radələrində Səbail rayonu, Salyan yolu küçəsində baş verib.

Həmin ərazidə yaşayan 1994-cü il təvəllüdlü Mirzəyev Elvin Hacıağa oğluna naməlum şəxs tərəfindən 5 bıçaq zərbəsi vurulub. Qarın və döş qəfəsindən xəsarət alan E.Mirzəyev xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Murad Əhməd