Bakıda 24 şadlıq sarayına qadağa qoyuldu

bakida-24-sadliq-sarayina-qadaga-qoyuldu
Oxunma sayı: 4535


Standartlaşdırma, Meterologiya və patent üzrə Dövlət Komitəsi 176 təsərrüfat subyektində nəzarət tədbirləri həyata keçirib. 

"Qafqazinfo" xəbər verir ki, komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının AzNews.az-a verdiyi məlumata görə, yoxlama aparılan təsərrüfat subyektlərindən 43-də standartlara uyğun olmayan məhsullar aşkar edilib. 

F.Talıblı bildirib ki, 24 şadlıq sarayında da müəyyən yeməklərin istehsalı və satışına qadağa qoyulub. 

Komitə sözçüsü onu da əlavə edib ki, dönər satışı ilə məşğul olan 20 müəssisədə də yoxlama aparılıb. Onlardan 17-də standartların tələblərinin pozulması üzə çıxıb və bu nöqsanlar aradan qaldırılıb. 

Standartların daha çox pozulduğu ərazilər Bakı şəhərində qeydə alınıb.