Bakıda 25 qapaq oğurlanıb

bakida-25-qapaq-ogurlanib
Oxunma sayı: 648

Fevral ayı ərzində Binə qəsəbəsi ərazisində rayon telefon qovşağına məxsus 25 ədəd quyu qapaqları oğurlanıb. Xəzər RPİ CAŞ və 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Mirağa Qarayev və Anar Quliyev fevralın 27-də tutulublar.

Noyabrın 27-si 2011-ci il tarixdə Bakı şəhər sakini Gülruh Nəcəfovanın etibarından sui istifadə edərək 3000 manat və 2 ədəd mobil telefonunu alıb mənimsəyərək dələduzluq etmiş Gəncə şəhər sakini Üzeyir Tağıyev fevralın 27-də Nizami RPİ 25-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Fevralın 11-i saat 03:40 radələrində Şərifzadə küçəsində 5 naməlum şəxs Bakı şəhər sakini Ziya İsmayılovu yerə yıxaraq üzərində olan noutbuku alıb qaçmışlar. Yasamal RPİ 28-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən şəxslərdən biri - Bakı şəhər sakini Kamal Nəzərov fevralın 27-də tutulublar. Onun üzərinə baxış keçirilərkən 0,383 qram narkotik vasitə olan heroin aşkar edilib.

Səbail RPİ 39-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cibgirlikdə şübhəli bilinən Bərdə rayon sakini Ramin Məmmədov yaxalanıb və onun üzərində 0,296 qram narkotik vasitə olan heroin aşkar edilib.