Bakıda 25 yaşlı qızı maşın vurub öldürdü - Yenilənib

bakida-25-yasli-qizi-masin-vurub-oldurdu
Oxunma sayı: 17105

Bakının Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" Report-a istinadla xəbər verir ki, 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızı "Gənclik" metrostansiyası yaxınlığında yolu keçərkən "Maserati" markalı "10-XE-011" dövlət qeydiyyat nişanlı avtomobil vurub.

Hadisəni törədən sürücü yaralını xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

"Qafqazinfo" sözügedən avtomobillə bağlı fotoları əldə edib. Avtomobilin Elvin adlı şəxsə məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada adı keçən “Maserati”nin sahibi Elvin Qasımzadənin qohumu Əşrəf Qasımzadə “Qafqazinfo” ilə əlaqə saxlayaraq bildirib ki, hadisəni 10 GN 002 dövlət nömrə nişanlı “Volkswagen Passat” markalı maşının sürücüsü törədib. O, hadisə yerindən qaçdığı üçün piyada Gülgün Əmiraslanlını xəstəxanaya “Maserati”nin sahibi Elvin Qasımzadə çatdırıb.