Bakıda 250 parklanma yeri tikiləcək

bakida-250-parklanma-yeri-tikilecek
Oxunma sayı: 662

Nəqliyyat Nazirliyinin şöbə müdiri Sədrəddin Məmmədov AzərTAc-a bildirib ki, keçid layihələri istisna olmaqla 2012-2015-ci illər üçün investisiya proqramına prioritet olan bir sıra yolların tikintisi, yenidən qurulması və əsaslı təmiri, o cümlədən, 50 kilometr uzunluqda Quba-Xınalıq-Qəbələ (Vəndam, yaxud Laza kəndinə çıxışı təmin etməklə) yolunun, 80 kilometr uzunluqda Quba-Qonaqkənd-Şamaxı yolunun, Xocavənd rayonunun Qarasu və Nərgiztəpə adlanan ərazilərini birləşdirəcək 26 kilometr uzunluqda yolun tikintisi layihələri daxil edilib.

Bu illərdə Bakıda və şəhərətrafı qəsəbələrdə ümumi uzunluğu 100 kilometrdən çox olan küçə və prospektlərin yenidən qurulması və əsaslı təmiri, 6 yeni yol ötürücüsünün tikintisi, əlavə hərəkət zolaqlarının salınması, paytaxtın müxtəlif yerlərində 250 çoxmərtəbəli yeraltı və yerüstü müasir parklanma yerinin tikintisi nəzərdə tutulub.