Bakıda 3-cü kurs tələbəsi infarktdan öldü - Foto

bakida-3-cu-kurs-telebesi-infarktdan-oldu
Oxunma sayı: 7827

Bakıda Azərbaycan Texniki Universitetinin Radiotexnika və Rabitə fakultəsinin​ III kurs tələbəsi ürək tutmasından dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, Minarə Məmmədova adlı gənc qız dünən axşam qəfil ürək tutmasından vəfat edib.

M. Məmmədovanın tələbə yoldaşları sosial şəbəkədə onun fotolarını paylaşaraq çox gənc yaşda vəfatından kədərləndiklərini qeyd ediblər.