Bakıda 3 maşın toqquşdu - Xəsarət alan var

bakida-3-masin-toqqusdu
Oxunma sayı: 991

Bakının Xətai rayonunda yüksək sürətlə hərəkət edən avtomobil qəza törədib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, o, işıqforda dayanan iki avtomobilə çırpılıb.

Məlumata görə, 1981-ci il təvəllüdlü Mustafayev Elmar Telman oğlunun Babək prospekti ilə idarə etdiyi "Mercedes" markalı minik maşını ara məsafəsinin qorunmaması səbəbindən işıqforun qırmızı işığında dayanmış "Toyota" və "Kia" markalı avtomobillərə çırpılıb. Nəticədə xəsarət almış sürücü E.Musatafayev 1 saylı Xəstəxanaya yerləşdirilib.

 Yol qəzasının təfərrüatları araşdırılır. Polis ilkin versiya olaraq yüksək sürət amilini əsas gətirib.