Bakıda 3 yaşlı turist pəncərədən yıxıldı

bakida-3-yasli-turist-pencereden-yixildi
Oxunma sayı: 1351

Bakıda ərəb turistin uşağı otelin pəncərəsindən yıxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə “Anatolia” otelində baş verib.

Səudiyyə Ərəbistan Respublikası vətəndaşı, 2016-cı il təvəllüdlü Madkhali Yasir İbrahim oğlu otelin 3-cü mərtəbəsində pəncərədən yıxılaraq yerə düşüb. O, Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiirlib, vəziyyəti qənaətbəxşdir.
İlkin məlumata görə, hadisə 3 yaşlı uşağın valideynlərinin diqqətsizliyi ucbatından baş verib.

Murad Əhməd