Bakıda 3 yaşlı uşaq pəncərədən yıxıldı

bakida-3-yasli-usaq-pencereden-yixildi
Oxunma sayı: 721

Bakıda 3 yaşlı uşaq üçüncü mərtəbədən yıxılıb.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, N.Əliyev küçəsində yerləşən binanın 3-cü mərtəbəsində yaşayan 2014-cü il təvəllüdlü Bəydəmirli Rəvan Elşən oğlu nəzarətsiz qalaraq pəncərəni açıb və yerə yıxılıb. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər uşağın vəziyyətini orta-ağır kimi qiymətləndirir.