Bakıda 30 milyon manata əyləncə mərkəzi yaradılır

bakida-30-milyon-manata-eylence-merkezi-yaradilir
Oxunma sayı: 795

“Yeni Həyat” şirkətinə məxsus “Megafun” adlı bu layihə öz miqyasına görə Avropada ən böyük qapalı əyləncə məkanı olacaq. “Qafqazinfo”nun məlumatına görə, bununla bağlı bu gün keçirilən tədbirdə “Yeni həyat” ilə birgə layihəni hazırlayan “Meridyen” Şirkətinin baş direktoru Hüseyn Özalp bildirib ki, “Megafun” 11 min kv.metrə yaxın ərazini əhatə edəcək: “Burada 170 oyun aparati, 17 attraksion, 7 kinoteatr (ənənəvi və 5D), buz meydançası və Azərbaycanda ilk dəfə 16 xətli boulinq zalı yerləşəcək. “Megafun” tərkibində yaşayış mənzilləri, ofislər, SPA və fitnes mərkəzləri, uşaq bağçası, gözəllik salonu olan bütöv bir kompleksin tərkib hissəsi kimi nəzərdə tutulub”.
H. Özalpın sözlərinə görə, əyləncə mərkəzinə “Meridyen” şirkəti 30 milyon dollar həcmində investisiya yatırıb: “Buraya ABŞ, İngiltərə, İspaniya, Yaponiya və Koreyadan ən müasir avadanlıqlar, oyun aparatları gətiriləcək. İndiyə qədər mövcud olan qapaılı əyləncə mərkəzlərindən fərqli olaraq burada buz meydançası, həm də daha yeni attraksionlar – Qorxu şəhəri, Sulu təpələr və s. yer alacaq”.
Qeyd edək ki, ümumlikdə “Megafun” gündə 2 min nəfərə xidmət göstərə biləcək. Gələcəkdə Sumqayıt, Gəncə, Naxçıvan, Lənkəran, Şəki, Şamaxı, Xaçmazda da bu mərkəzlərin yaradılması nəzərdə tutulur.

Nigar Məmmədli