Bakıda 324 sosial ev kimin oldu? - Siyahı

bakida-324-sosial-ev-kimin-oldu
Oxunma sayı: 7568

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında yerləşən 324 mənzilin seçimi ilə bağlı statistikanı açıqalyıb.
 
MİDA-dan “Qafqazinfo”ya verilən məlumata görə, şəhid ailəsinin üzvü olan 4 nəfər, məcburi köçkün və onlara bərabər tutulan 47 nəfər, ən azı 3 il dövlət qulluğunda olanlardan 39 nəfər mənzil sahibi olub.
 
Həmçinin, ən azı 5 il ümumtəhsil məktəblərində müəllim işləyənlərdən 28 nəfər, fəlsəfə doktoru olanlardan 3 nəfər, idman sahəsində xüsusi xidmətləri olan 5 nəfər, elmlər doktoru elmi dərəcəsi olan 7 nəfər, ən azı 15 il dövlət qulluğunda olan 35 nəfər, ən azı 3 il hərbi qulluqda olan 104  nəfər, ən azı 3 il daxili işlər orqanlarında xidmət göstərən 48 nəfər, ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilərdən 4 nəfər “sosial ev” sahibi olub.
 
Daha ətraflı aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz: