Bakıda 33 məktəbə direktor təyin olunub

bakida-33-mektebe-direktor-teyin-olunub
Oxunma sayı: 1887

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinə 2018-2019-cu tədris ili ərzində 33 nəfər müsabiqə yolu ilə direktor vəzifəsinə qəbul olunub”.

“Qafqazinfo” xəbər verir ki, bunu BŞTİ-nin müdiri Rəşad Tağıyev deyib:

“Bu gün Bakı məktəblərində texniki heyət xaric bütün vəzifələr müsabiqə yolu ilə tutulur. Bura direktor, direktor müavini, müəllim, laborant, psixoloq, kitabxanaçılar daxildir. Bunun özü obyektivliyin, yeniliyin timsalıdır. Keçən il Təhsil Nazirliyinə 1350-yə yaxın müəllim vəzifəsi üçün vakant yer təqdim olunmuşdu. 33-ə yaxın məktəb direktoru müsabiqə yolu ilə təyin olunub”.