Bakıda 5 gənc “Mercedes”in qabağına çıxdı- - dəhşətli görüntülər

bakida-5-genc-mercedesin-qabagina-cixdi-
Oxunma sayı: 7494


Təkcə ötən il Bakıda piyada keçidlərindən istifadə etməyən 120 min piyadaya inzibati protokol tərtib olunub. Bu, hələ üzdə olanlardır. Hər gün minlərlə insanın da təyin olunmayan yerdən keçdiyini, lakin bunu heç kimin görmədiyini nəzərə alsaq, vəziyyət heç də ürəkaçan olmaz.

Bəziləri elə düşünür ki, 20 manat cərimə ödəməklə və ya polis onu saxlayarkən qaçıb canını qurtarmaqla hər şey bitir. “Qafqazinfo”nun xəbərinə görə, Avtosfer.az-ın təqdimatında bu videoya baxdıqdan sonra yəqin anlaşılar ki, həmin polislər piyada keçidlərinin yanında dayanıb əhalidən keçiddən keçməyi tələb edərkən burada məqsəd nədir. Hər halda, o polisləri daha vacib işlərə cəlb etmək olar, heç onlara da xoş deyil qışın soyuğunda, yayın istisində keçidlərin yanında dayanıb insanlara keçid mədəniyyəti öyrətsinlər.

DİN-in «Təhlükəsiz şəhər» kameraları vasitəsilə Neftçilər prospekrində qeydə alınan bu videonu diqqətlə izləyək və bu gənclərin yolu necə təhlükəli keçdiyinə nəzər salıb bir anlıq özümüzün də nə vaxtsa bu cür təhlükə ilə üzləşdiyimizi xatırlayaq. Yəqin, çoxları bu vəziyyəti hər gün yaşayır.