Bakıda 5053 cinayət hadisəsi

bakida-5053-cinayet-hadisesi
Oxunma sayı: 684


SalamNews-un məlumatına görə, müşavirəni giriş sözü ilə Bakı şəhər BPİ-nin rəisi, polis general-mayoru Rafiq Abbasov açıb.

Bakı şəhər BPİ-nin rəis müavini, polis general-mayoru Elxan Həsənov deyib ki, ilin birinci yarısında ümumən 5.053 cinayət hadisəsi qeydə alınıb, onlardan 3.644-nün, (76,2%) açılması təmin olunub, həmin cinayətlərin 82,7 faizi 4.177-si (82,7 %) az ağır və böyük ictimai təhlükə törətməyən, 876-sı (17,3%) isə ağır və xüsusilə ağır növ cinayətlər olub.

Cari ilin 6 ayı ərzində qeyri-aşkar şəraitdə törədilmiş 2.951 cinayətdən 1.863-nün (63,3%) açılması təmin olunub, ötən ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması və soyğunçuluq cinayətlərinin açılması sabit qalsa da, quldurluq və dələduzluq cinayətlərinin açılması müvafiq olaraq 2,2 faiz və 1 faiz yaxşılaşıb, bu müddətdə 27 soyğunçuluq və quldurluq cinayəti törətmiş 51 nəfərdən ibarət 20 qrup, eləcə də 26 mənzil oğurluğu cinayəti törətmiş 34 nəfərdən ibarət 12 qrup, həmçinin 20 avtonəqliyyat vasitələrinin qaçırılması cinayəti törətmiş 37 nəfərdən ibarət 16 qrup ifşa edilib, keçmiş illərdən bağlı qalmış 98 cinayətin üstü açılıb.