Bakıda 7 müntəzəm marşrut xətti müsabiqəyə çıxarıldı

bakida-7-muntezem-marsrut-xetti-musabiqeye-cixarildi
Oxunma sayı: 2071

Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarına uyğun olaraq, Bakıdakı 3, 4, 15, 65, 149, 164 və 195 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb.

Bu barədə “Qafqazinfo”ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumatda deyilir ki, müsabiqədə iştirak etmək istəyənlər quruma müraciət edə bilərlər.