Bakıda 7 nəfəri gün vurdu

bakida-7-neferi-gun-vurdu
Oxunma sayı: 647

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, gün vuran şəxslərdən 3-ü xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində ilkin tibbi yardım göstərilib.

Xəstəxanaya yerləşdirilənlərdən biri 15 yaşlı yeniyetmə olub.
Stansiyaya dünən 3 nəfər qida zəhərlənməsi ilə müraciət edib. Onlardan biri hamilə qadın olub. O, qarpızdan zəhərlənib.
Zəhərlənənlər Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Zəhərlənmələrdən biri qarpızdan, 2-si isə qarışıq qidadan baş verib.