Bakıda 721 min manatlıq saxtakarlıq

bakida-721-min-manatliq-saxtakarliq
Oxunma sayı: 629

Bakıda saxta sənədlər tərtib edilərək Dünya Bankının Bakı Ofisinə təqdim edilib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, "S.Q.S" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Sumqayıt şəhər sakini Bayram Abdullayev özlərini Dünya Bankının Bakı Ofisinin əməkdaşları kimi təqdim etmiş Bakı şəhər sakinləri Səbinə Cəfərova və Teymur Ağayev ilə cinayət əlaqəsinə girərək Goranboy rayonunda Qarğıdalı Emalı Zavodunun inşası üçün 721000 manat məbləğində saxta sənədlər tərtib edib. Sənədlər Dünya Bankının Bakı Ofisinə təqdim edilib.