Bakıda 8 aylıq körpənin qida borusundan sancaq çıxarıldı - Video

bakida-8-ayliq-korpenin-qida-borusundan-sancaq-cixarildi
Oxunma sayı: 1944

Sumqayıtda 8 aylıq uşaq sancaq udub.

“Qafqazinfo”nun Xezerxeber.az-a istinadən məlumatına görə, hadisə bir neçə gün əvvəl baş verib. Uşağın narahatlığını görən valideynləri körpəni Bakıya gətirərək müayinə etdiriblər. Bu zaman onun qida borusunda sancaq olduğu müəyyənləşib.

Həkim Habil Hüseynov körpəyə narkoz verərək onun mədəsindəki sancağı çıxarıb.

Həkim deyir ki, sancaq açıq olduğu üçün hər an daxili orqanlara zərər verə bilərdi.

Valideynlərin sözlərinə görə, sancaq uşağın papağına vurulub. Ehtimal olunur ki, körpə sancağı papağından çıxardaraq udub.

Həkimlər tövsiyə edir ki, körpə uşaqları üzərində dəmir əşyalar və cisimlər olan oyuncaq və paltarlardan uzaq tutsunlar.