Bakıda 9 bal gücündə zəlzələ baş verə bilər - Video

Bakıda 9 bal gücündə zəlzələ baş verə bilər
Oxunma sayı: 2682

Respublika Seysmoloji Xidmət Mərkəzinin alimləri Bakının Səbail rayonunun seysmik risklərini tədqiq edərkən belə qənaətə gəliblər ki, ərazidə 8-9 bal gücündə zəlzələ baş verə bilər.

“Qafqazinfo” Xəzər TV-yə istinadən xəbər verir ki, mərkəzin şöbə müdiri Tahir Məmmədlinin sözlərinə görə, Azərbaycanda indiyə qədər baş verən zəlzələlərin heç biri 7 baldan yuxarı olmayıb.

Tədqiqatlar zamanı o da məlum olub ki, paytaxtın seysmoloji baxımdan ən aktiv zonası Səbail rayonunun “20-ci sahə” və “Bayıl yamacı” adlandırılan əraziləridir.

Layihə çərçivəsində Səbail rayonu ərazisindəki tikililərin özüllərinin vəziyyəti və onların zəlzələyə davamlılığı da öyrənilib. Məlum olub ki, rayonda bir neçə tip bina var. Onlar müasir hündür mərtəbəlilər, 2-3 mərtəbəli villalar, köhnə həyət evləri, tarixi tikililər, sovet dövründə tikilmiş beşmərtəbəli və doqquzmərtəbəli binalardır.

Gözlənilən zəlzələ zamanı sürüşmənin olacağı da istisna edilmir. Xüsusən də rayonun “20-ci sahə” və “Bayıl yamacı” faktiki olaraq zəlzələ zamanı aktiv şəkildə sürüşməyə məruz qala bilər.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi