Bakıda 9 ev birdən yandı

bakida-9-ev-birden-yandi
Oxunma sayı: 640

Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə saat 06:00 radələrində Yasamal rayonu II Alatava adlanan ərazidə qeydə alınıb. III çağırışla hadisə yerinə 19 yanğınsöndürən maşın və texnika yollanıb. Yanğın şiddətli olduğundan 9 evi yararsız hala salıb.

Adıçəkilən ərazidə evlərin sıx tikilməsi və yolların dar olması yanğının söndürülməsində çətinliklər yaradıb. Xoşbəxtlikdən yanğın nəticəsində xəsarət alan olmasa da, 380 kv metr ərazi tamam külə dönüb.

İlkin ehtimala görə, yanğının baş verməsinə elektrik və qaz xətlərinin düzgün çəkilməməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.