Bakıda 91 yaşlı kişi arvadını döydü

bakida-91-yasli-kisi-arvadini-doydu
Oxunma sayı: 642

Bakının Yasamal rayonunda döyülmə hadisəsi baş verib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, İ.Səfərli küçəsində yerləşən bina evlərinin birinin 1946-ci il təvəllüdlü sakini Kuznetova Klikoviya Mixayılova 91 yaşlı həyat yoldaşı tərəfindən döyülüb.

O, üz və bədən nahiyələrindən ağır xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin əməkdaşları araşdırma aparır.