Bakıda ağac maşının üstünə aşdı - Fotolar

bakida-agac-masinin-ustune-asdi
Oxunma sayı: 3685

Bakıda güclü külək fəsadlar törədib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə avqustun 2-də Yasamal rayonu, Hüseyn Cavid prospekti 500-cü məhəllənin həyətində baş verib.

Ağac yaşayış binasının həyətində saxlanılan, bina sakini Hənifə Bayramzadəyə məxsus "Kia Sportage" markalı 10 XA 004 nömrəli avtomobilin üzərinə düşüb.

Nəticədə maşına ciddi ziyan dəyib, xəsarət alan olmayıb.

***

Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma İdarəsinə məlumat verilsə də, hələ də ağac ərazidən götürülməyib.

Murad Əhməd