Bakıda ağacı kəsib obyekt tikmək istədilər

bakida-agaci-kesib-obyekt-tikmek-istediler
Oxunma sayı: 1894

Bakıda qurumuş ağac kəsilib. Bakı Şəhər İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin “V” yaşayış massivində ağac kəsilməsi və yerində obyekt tikintisinə hazırlıq görülməsi ilə əlaqədar “Qaynar xətt”ə vətəndaşlardan müraciətlər daxil olub.

Şəhər İcra Hakimiyyətinin nümayəndələri əraziyə baxış keçirib, həqiqətən də 1 qurumuş ağacın kəsilməsi faktı aşkarlanıb.  

Faktla bağlı müvafiq araşdırma aparılıb, həmin ərazi məişət və digər tullantılardan təmizlənib və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən burada yeni ağaclar əkilib.

Eyni zamanda aidiyyəti qurumlara əraziyə nəzarətin artırılması tapşırılıb.