Bakıda ağır qəza - 3 qadın yaralandı

bakida-agir-qeza
Oxunma sayı: 2308

Dünən Bakıda ağır qəza baş verib.  “Qafqazinfo” xəbər verir ki, hadisə Buzovna- Maştağa yolunda reallaşıb, 3 qadın yaralanıb. 

Qəza yerinə təcili tibbi yardım xidməti cəlb olunub.  47 yaşlı qadın sağ bazu sümüyünün yerdəyişmiş sınığı, 59 yaşlı xanım sağ baldırın əzilməsi, 61 yaşlı qadın isə alının hematoması diaqnozu ilə 3 saylı xəstəxanaya çatdırılıblar. 

Vəziyyətləri orta ağır kimi qiymətləndirilir.