Bakıda ağır qəza - Taksidəki qadın zərbədən yola düşdü+ Fotolar

bakida-agir-qeza
Oxunma sayı: 6033

Bu gün Bakının Yasamal rayonunda avtomobil qəzası baş verib.

“Qafqazinfo” “Yenicag.az”a istinadən xəbər verir ki, Cəfər Cabbarlı 26-28 küçəsində baş verən qəzada təxminən 60-65 yaşlarında olan qadın xəsarət alıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin baş verməsinə gəlincə, taksi fəailiyyəti ilə məşğul olan 10-TU-775 dövlət nömrəli nişanlı, “Nissan Sunny” markalı avtomobil dönmə əməliyyatını yerinə yetirərkən 99-EC-778 dövlət nömrə nişanlı, “Nissan X-Trail” markalı avtomobil tərəfindən vurulub. Zərbənin təsirindən taksidə müştəri kimi əyləşən qadın yola düşüb. Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb.

Faktla bağlı araşdırma başlanıb.