Bakıda ağır yol qəzası - 2 polis öldü + Yenilənib

bakida-agir-yol-qezasi
Oxunma sayı: 10906

Bu gün saat 07 radələrində Bakıda dəhşətli yol qəzası baş verib.

"Qafqazinfo" Lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına məxsus olan 90 AP 23 dövlət qeydiyyat nişanlı "FİAT Doblo" markalı xidməti avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb. Nəticədə avtomobili idarə edən polis əməkdaşı Kərimov Qoşqar Salman oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər polis əməkdaşı Məmmədov Elnur Eldar oğlu isə xəstəxanaya aparılarkən yolda vəfat edib.
 
Hadisə nəticəsində daha bir polis əməkdaşının ağır xəsarət aldığı bildirilir. O, xəstəxanaya yerləşdirilib.
 
Bildirilir ki, polislər xidməti əraziyə gedərkən qəzaya düşüblər.
 
Faktla bağlı araşdırma aparılır.

***

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə yerində vəfat edən Q.Kərimovun 32 yaşı olub. 35 yaşlı Elmir Məmişov isə təcili tibbi yardımla aparılarkən 14 saylı xəsətəxananın həyətində vəfat edib.

Yaralı olan 32 yaşlı Kamal Vəliyev isə hazırda 3 saylı xəstəxanada müalicə alır, onun səhhəti orta ağırdır.