Bakıda AİBA komissiyalarının iclası başlayıb

bakida-aiba-komissiyalarinin-iclasi-baslayib
Oxunma sayı: 760


“Qafqazinfo”nun Apasport.az saytına istinadən məlumatına görə, tədbirə AİBA prezidenti Çinq-Kuo Vu, Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov və beynəlxalq qurumda təmsil olunan federasiyaların rəsmiləri qatılıblar.

 İclasda öncə toplantının gündəliyi barədə məlumat verilib. Bildirilib ki, burada 7 komissiya ayrı-ayrılıqda bir araya gəlib müəyyən fikir mübadiləsi aparacaqlar. Ardınca isə həmin məsələlər İcraiyyə Komitəsində müzakirə olunacaq. AİBA prezidentinin sözlərinə görə, əsas hədəf boks idman növünü daha da populyarlaşdırmaq, kütləviləşdirmək və gələcək yarışlar barədə müzakirələr aparmaqdır. Tədbirdə iştirak edən Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Olimpiya oyunları və ölkəmizdə təşkil olunan beynəlxalq boks turnirləri haqqında danışıb: “  Mən ölkəmizdə ilk dəfə keçiriləcək 2015-ci il I Avropa Oyunlarını xüsusilə qeyd etmək istərdim. Avropa Olimpiya Komitəsi Azərbaycanın təşkilatçılıq qabiliyyətini nəzərə alaraq, bu mötəbər yarışı bizə həvalə etdi. Həmçinin, hamınıza yaxşı məlumdur ki, Bakı boks üzrə bir çox tədbir və yarışlara ev sahibliyi edib. Ümidvaram ki, 2011-ci ildə Bakıda keçirilmiş boks üzrə dünya çempionatının xoş xatirələri hələ də yaddaşlarınızdan silinməyib”.

 K.Heydərov qeyd edib ki, 3 il öncə paytaxtımızda keçirilən dünya çempionatının Azərbaycanda boksun inkişafında dönüş nöqtəsi olub və Bakı boks mərkəzlərindən birinə çevrilib: “AİBA bizə bir daha şərait yaratdı. Boks üzrə AİBA komissiyalarının iclasını Bakı şəhərində təşkil edilməsi bu inkişafın bariz nümunəsidir. AİBA rəhbərliyinə, prezidentinə, bütün AİBA ailəsinə təşəkkür edirəm. Əminəm ki, burda olduğunuz müddətdə sürətlə inkişaf edən Bakının yeni gözəllikləri ilə tanış olacaqsınız. Bakıya xoş gəlmisiniz”.