Bakıda aksiya keçirildi

bakida-aksiya-kecirildi
Oxunma sayı: 638

Piketin qətnaməsində bildirilir ki, BMT Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşır: “BMT-nin indiyə qədər dörd qətnamə qəbul etməsinə baxmayaraq onların yerinə yetirilməsi üçün heç bir tədbir görmür”.

Aksiyaçılar qətnamələrin icrası üçün Ermənistana sanksiya tətbiq olunmasını tələb ediblər: “Əks halda Azərbaycan danışıqlara son qoyaraq müharibəyə başlamalıdır”.
Piketdə “Ya Qarabağ, ya ölüm!”, “Bizə boş söz yox, torpaqlarımız lazımdır!”, “BMT, Azərbaycandan rədd ol!” şüarları səsləndirilib.

Sonda üç piket iştirakçısı polisin müşayiəti ilə BMT-nin Azərbaycandakı nümayəndəliyinə bəyanat təqdim edib. QAT təmsilçiləri BMT-nin Azərbaycandakı nümayəndəsinin onları qəbul etməsini istəsələr də, nümayəndəlik bəyanatını qəbul etməklə kifayətlənib.
Bəyanatda deyilir ki, BMT-nin Təhlükəsizlik Şurası ikili standart siyasətinə son qoymalı, Ermənistanın işğalçı və terrorçu hərəkətləri ilə bağlı xüsusi yığıncaq keçirməli, bu ölkəyə siyasi və iqtisadi sanksiyalar tətbiq etməlidir.

Daha sonra piket iştirakçıları Prezident Administrasiyasının binası qarşısında piket keçirməyə cəhd göstəriblər. Amma administrasiyanın mühafizə xidmətinin əməkdaşları və polis piket iştirakçılarının qarşısını Teleteatrın qarşısında kəsib. Polis üç piket iştirakçısının bəyanatı administrasiyaya təqdim etməsinə icazə verib, amma administrasiyanın qəbul şöbəsi qətnaməni qəbul etməyib.