Bakıda aksiya olub

bakida-aksiya-olub
Oxunma sayı: 654

Aksiyada Dünya Azərbaycanlıları Konqresinin 15-dək üzvü iştirak edib. DAK-ın sədri Sabir Rüstəmxanlı jurnalistlərə açıqlamasında bölgədə çox sayda azərbaycanlının yaşadığını və Urmiya gölünün probleminin Azərbaycanın problemi olduğunu deyib. Hüquq mühafizəçiləri aksiya iştirakçılarını yan küçəyə sıxışdıraraq səfirliyin binasının yaxınlığına buraxmayıblar.

Etirazçılar İran hakimiyyətini Urmiya gölünün qurudulması ilə bağlı fəaliyyətini tənqid edən bəyanatlarını oxuyublar. "Biz antiazərbaycan fəaliyyətinə son qoyulmasını və Urmiya gölünün qorunması ilə bağlı İranda keçirilən aksiyda həbs edilən şəxslərin azad edilməsini tələb edirik", deyə S.Rüstəmxanlı bildirib.

İranın Azərbaycandakı səfirliyinin əməkdaşları aksiya iştirakçılarının bəyanatını qəbul etməkdən imtina ediblər.

ANSPress