Bakıda Alma Store mağazası açılır - Mac, iPad və iPhone xüsusi qiymətə

Bakıda Alma Store mağazası açılır
Oxunma sayı: 1600

Oktyabrın 20-də Bakıda “iPad”, “Mac” və “iPhone” məhsullarını xüsusi qiymətlə təklif edəcəklər. Bununla yanaşı, “Apple” üslubunda tematik zonaları quraşdırılacaq, sehirbaz şousu və canlı konsert olacaq.

"Qafqazinfo" xəbər verir ki, bunların hamısı Port Baku AVM-də “Alma Store Apple Premium Reseller” mağazasının açılışı zamanı baş tutacaq. Aksiya üç məşhur “Apple” cihazlarını əhatə edəcək: “iPad” 32 GB Wi-Fi -699 AZN, “MacBook Air” 2017 128 GB 1799 AZN, “iPhone 7” 32 GB 1249 AZN.

“iPad” və “Mac” kompüterlərinin qiymətləri  çox sərfəli olacaq. “Apple” yeni modelləri Avropa və ABŞ qiymətlərinə yaxın, hətta aşağıda olacaq.

“Biz bunları qonaqlara hədiyyə kimi etmişik, qazanc üçün deyil”- bu haqda “Alma Store”-dən bildiriblər.

Planşetlər və kompüterləri “Alma Store”un açılışdan sonra əldə etmək mümkün olacaq. Açılış 20 oktayab, saat 19:00-da Port Baku-nun birinci mərtəbəsində baş tutacaq.

Qeyd edək ki, məhsulların sayı məhdud olduğundan aksiya vaxtından tez bitə bilər. Cihazları nəğd ödənişlə yanaşı  “Worldcard” vasitəsilə kredit yolu ilə də əldə edə bilərsiniz. Bundan əlavə açılışdan bir saat əvvəl qonaqlara xüsusi şou təqdim ediləcək. İlluziyaçılar “Apple” cihazları ilə fokuslar nümayiş edəcəklər və arzu edən hər kəs öz fotosunu “iPad Pro”da “Apple Pencil”lə çəkə biləcək. Bundan əlavə qonaqlar arasında qiymətli hədiyyələr də oynanılacaq.

Alış-veriş mərkəzini bir neçə saatlığa “Apple dünyasına” əyləncə və təlim zonalarına çevirəcəklər. Oyun zonasında “Apple TV” imkanlarını test edə və yarışa bilərsiniz.

Nəzərinizə çatdıraq ki, yeni mağazanın sahəsi 170 kv m-dən artıq olacaq. Böyük bir sahə yeni modellərlə stendlərə ayrılacaq ki, bu da öz növbəsində onları testdən keçirməyə imkan verəcək.

Yeniliklərdən biri “demo-zona Beats” olacaq, adıgedən qulaqlıqlarla. Yanında təlim üçün masa da yerləşdiriləcək. Mağazada həmçinin “Apple” məhsullarıilə yaxından tanış olmaq istəyən hər bir kəs üçün ayrı təlim otağı da fəaliyyət göstərəcək.

Mağaza xüsusi konsultasiya seksiyası və “Flex Table” təlim ilə seçiləcək. Qiymətlər bazar səviyyəsində olacaq. Açılış günü isə təşkilatçılar iştirakçıları xüsusi qiymətlərlə sevindirməyə söz verirlər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi