Bakıda ana evdən qaçdı, iki azyaşlıya baxan yoxdur - Video

bakida-ana-evden-qacdi-iki-azyasliya-baxan-yoxdur
Oxunma sayı: 3441

Bakıda iki uşaq anası 4 gündür ki, yoxa çıxıb.

“Qafqazinfo”nun “Xezerxeber.az”a istinadən məlumatına görə, paytaxtın Zaqulba qəsəbəsində yaşayan İlahə Əsədova 4 gündür ki, övladlarını və həyat yoldaşını tərk edib.

İ. Əsədova hara getməsi barədə heç kimə məlumat verməyib. Bir neçə gündür davam edən axtarışlar isə hələ ki, nəticə verməyib.

Ata çörək pulunu fəhləlik edərək qazanır. Evdə atasız və anasız qalan azyaşlı uşaqlar isə özləri yemək hazırlamaq məcburiyyətində qalıblar.

Ailənin qohumu, həm də qonşusu olan İsmayıl Xələfov deyir ki, İlahənin həyat yoldaşı Vüsal Əsədov nitq əngəllidir. Onlar ailə qurduqdan bu günə qədər isə heç vaxt problemləri olmayıb.

İ. Əsədova barəsində Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə də məlumat verilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: