Bakıda ana və oğlunun meyiti tapılıb

bakida-ana-ve-oglunun-meyiti-tapilib
Oxunma sayı: 648

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Pirallahı qəsəbəsi ev 15, mənzil 60-da qeydə alınıb. Həmin ünvanda yaşayan 1938-ci il təvəllüdlü Lidiya Abuşova və oğlu, 1968-ci il təvəllüdlü Yurinin meyiti tapılıb.

Ölümün səbəbləri hələlik məlum deyil. İlkin məlumata görə, hər iki şəxs uzun müddətdir vərəm xəstəliyindən əziyyət çəkirmiş. Meyitlər ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.