Bakıda ana və qızı özlərini 10-cu mərtəbədən atdılar

bakida-ana-ve-qizi-ozlerini-10-cu-mertebeden-atdilar
Oxunma sayı: 7233

Bakıda ana ilə qızı eyni vaxtda intihar edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu gün günorta saat 13 radələrində Bünyadzadə küçəsi 11 ünvanında baş verib. 

Həmin ünvanda yaşayan 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə və sonuncunun qızı 1990-cı il təvəllüdlü Mahmudova Xədicə özlərini yaşadıqları 12 mərtəbəli binanın 10-cu mərtəbəsindən atıblar. Hər ikisi hadisə yerindəcə vəfat edib. 

İlkin məlumata görə, onların özünü öldürməsinin səbəbi ailə münaqişəsidir.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd