Bakıda aptek işçisi tutuldu - Narkotik tərkibli həblər satırmış...

bakida-aptek-iscisi-tutuldu
Oxunma sayı: 2091

Bakıda narkotik tərkibli həblər satan əczaçı tutulub.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində fəaliyyət göstərən aptekdə oranın işçisi Nicat Qaragözov qanunsuz psixotrop dərmanlar satdığı üçün saxlanılıb.
 
Aptekə baxış zamanı əlavə olaraq 20 ədəd narkotik tərkibli həb götürülüb.