Bakıda arvad ərini bıçaqladı

bakida-arvad-erini-bicaqladi
Oxunma sayı: 693

Bakıda kişi öz həyat yoldaşı tərəfindən bıçaqlanıb.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Kürdəxanı qəsəbəsinin sakini 39 yaşlı Hüseynov Emin Əliqardaş oğlu həyat yoldaşı ilə mübahisə edib. Bu zaman həyat yoldaşı ona iki bıçaq xəsarəti yetirib.

Yaralı 3 saylı kliniki tibbi mərkəzə yerləşdirilib. Vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.