Bakıda atışma

bakida-atisma
Oxunma sayı: 8487


Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 12-də saat 06.00 radələrində Nəsimi rayonu Dəniz küçəsində qeydə alınıb.

 İki naməlum şəxs özlərini şübhəli apardıqlarına görə həmin ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları onlara yaxınlaşıb. Bu zaman həmin şəxslərdən biri pnevmatik tapançadan havaya 2 dəfə atəş açaraq hadisə yerindən qaçıb.

Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Masallı rayon sakini Orxan Əlizadə tutulub. Ondan pnevmatik tapançaya aid 38 ədəd patron götürülüb.

 Digər şəxsin tutulması üçün tədbirlər görülür.  

 Faktla bağlı araşdırma aparılır.