Bakıda atışma oldu

bakida-atisma-oldu
Oxunma sayı: 698

Bir qrup gənc arasında baş verən dava zamanı silah işə düşüb. Davada olanlardan biri havaya bir neçə dəfə atəş açıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Bununla yanaşı, şadlıq sarayının şüşəsinin sındırıldığı da bildirilir. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidən güllə gilizləri götürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq (221-ci) maddəsi ilə iş başlanılıb. Hadisəni törədən şəxslərin tutulması istiqamətində iş aparılır.

Milli.az