Bakıda Avrasiya Forumu keçiriləcək

Bakıda Avrasiya Forumu keçiriləcək
Oxunma sayı: 272

Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası tərəfindən təşkil olunan Forum “İqtisadiyyatda şəffaflığın artırılmasında beynəlxalq maliyyə hesabatı standartlarının və beynəlxalq audit standartlarının tətbiqinin rolu və əhəmiyyəti” mövzusunda keçiriləcək.

Auditorlar Palatasından “Qafqazinfo”ya verilən məlumata görə, Avropanın və Asiyanın bir çox ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrinin iştirak edəcəyi Forumda əsas mövzu ətrafında məruzələr dinləniləcək, Beynəlxalq Maliyyə Hesabatı Standartlarının və Beynəlxalq Audit Standartlarının tətbiqi və inkişafı üzrə məsələlər geniş müzakirə olunacaq, dəyirmi masalar təşkil ediləcək.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi