Bakıda avtobus aşdı, 4 nəfər yaralandı- - Fotolar

bakida-avtobus-asdi-4-nefer-yaralandi-
Oxunma sayı: 2385


“Qafqazinfo” xəbər verir ki, APA-nın məlumatına görə, "10 RC 430" dövlət nömrə nişanlı "Mercedes Benz"lə "90 JR 207" nömrəli "Hyundai" markalı sərnişin avtobusu toqquşub.

 Qəza nəticəsində 4 nəfər ağır yaralanıb. Yaralılar 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.

Hadisəni araşdıran Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi, polis baş leytenantı Seymur Məmmədovun APA-ya verdiyi məlumata görə, "Mercedes Benz”in "Hyundai"ni arxadan vurması nəticəsində avtobus aşıb. Sürücülər ifadə vermək üçün rayon polis idarəsinə dəvət olunublar. Faktla bağlı araşdırma aparılır.