Bakıda avtobus aşdı - Ölən və yaralılar var

bakida-avtobus-asdi-olen-ve-yaralilar-var
Oxunma sayı: 651

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 10.00 radələrində Qobu qəsəbəsi yaxınlığında qeydə alınıb. Qobu qəsəbəsindən Bakı şəhəri istiqamətində hərəkət edən 153 saylı marşrut avtobusu yoldan çıxaraq aşıb. Nəticədə xeyli sərnişin xəsarət alıb. Yaralılar xəstəxanalara aparılır.

İlkin məlumata görə, qəzaya yolun buz bağlaması səbəb olub. Hazırda faktla bağlı araşdırma aparılır. Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, xəstəxanaya qəzada xəsarət alan xeyli sərnişin gətirilib. Onlardan biri xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib. Ölən və yaralananların əksəriyyəti orta məktəb müəllimidir.

***

Bu gün saat 10:00 radələrində Qobu qəsəbəsi yaxınlığında Bakı istiqamətinə gələn 153 saylı marşrut avtobusu yoldan çıxaraq aşması nəticəsində yaralananlardan 6 nəfəri Kliniki Tibbi Mərkəzə gətirilib.

Bu barədə Kliniki Tibbi Mərkəzinin baş həkimi Tərlan Bəbirov ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, xəstəxanaya gətirlən xəstələrdən 4-ü qadın, 2-si kişidir. Gətirlən yaralılarda biri isə yolda dünyasını dəyişib.