Bakıda avtobus aşdı - - Xəsarət alanlar var

bakida-avtobus-asdi-
Oxunma sayı: 1965


Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Balandin küçəsində qeydə alınıb. 113 saylı xətt üzrə hərəkət edən “İSUZU” markalı sərnişin avtobusu aşıb.

Bakı Şəhər Təcili və Təxirə salınmaz Yardım stansiyasından baş həkiminin müavini Oqtay Şahmalıyevin APA-ya verdiyi məlumata görə, hadisə yerinə 4 təcili yardım briqadası göndərilib. İlkin məlumata görə, qəza yerinə xeyli sayda yaralı var. 

***

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildiriblər ki, hadisə yerinə 4 təcili yardım briqadası göndərilib. İlkin məlumata görə, qəza nəticəsində 8 nəfər xəsarət alıb.

Onlardan 6 nəfərinin vəziyyəti orta-ağır, digər 2 nəfərin isə vəziyyəti yüngül qiymətləndirilir./trend/