Bakıda avtobus belə yandı- - Fotolar

bakida-avtobus-bele-yandi-
Oxunma sayı: 2668


Fövqəladə Hallar nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakıxanov qəsəbəsində, Sülh küçəsində yerləşən Sabunçu rayon İcra Hakimiyyətinin qarşısında Bakıdan-Gürcüstana gedən ikimərtəbəli sərnişin avtobus qəfil alovlanıb. Hadisə yerinə 2 yanğınsöndürmə briqadası cəlb edilib. Yanğın zamanı bir neçə nəfər xəsarət alıb. Yanğınsöndürənlər 2 nəfəri alovun içindən çıxarıb. 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

Avtobusun yanması nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub. ANS PRESS-in məlumatına görə, avtobusun yanması nəticəsində 47 yaşlı Təyyar Hümbətov və 57 yaşlı Vidadi Qasımv xəsarət alıb. Onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Yanğının digər nəqliyyat vasitələrinə keçməsinin qarşısı alınıb və söndürülüb.